Goranboyda piyadanı avtomobil vuraraq öldürüb
Hadisə
12:25 07 avq, 2022
Hadisə rayonun Borsunlu kənd yolunda qeydə alınıb

Goranboy rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
Qazet.az-ın məlumatına görə, hadisə rayonun Borsunlu kənd yolunda qeydə alınıb.
Yolu qarşı tərəfə keçmək istəyən Gəncə şəhər sakini, 1947-il təvəllüdlü Mirzə Kazımovu avtomobil vuraraq öldürüb.
Onun şəxsiyyəti dəqiqləşdirilir. Faktla bağlı araşdırma aparılır.