Bakı 4˚C Windy

Goranboyda sürücünün ölümü ilə bağlı cinayət işi başlanılıb

Gündəm 11:42 12 noy, 2021

Hadisə noyabrın 11-i saat 17 radələrində Gəncə-Bakı yolunun rayonun Nizami kəndi ərazisində qeydə alınıb

Goranboyda sürücünün ölümü ilə bağlı cinayət işi başlanılıb

Goranboy rayonunda baş verən yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi açılıb.

Qazet.az-ın əldə etdiyi məlumata görə, hadisə noyabrın 11-i saat 17 radələrində Gəncə-Bakı yolunun rayonun Nizami kəndi ərazisində qeydə alınıb.

Belə ki, 2000-ci il təvəllüdlü Hacıyev Timur Daşqın oğlunun idarə etdiyi “Hyundai Sonata” markalı avtomobil 1962-ci il təvəllüdlü Rüstəmov Abdulxaliq Mamed oğlunun idarə etdiyi “OKA” markalı maşınla toqquşub. Nəticədə sürücü A.Rüstəmov aldığı bədən xəsarətlərindən hadisə yerində ölüb.

Faktla bağlı Goranboy Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb.