Bakı 26˚C Mostly cloudy w/ showers

Goranboyda yanğın olub, bir nəfər xəsarət alıb

Hadisə 11:14 26 okt, 2021

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb

Goranboyda yanğın olub, bir nəfər xəsarət alıb

Goranboy rayonunda yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən Qazet.az-a bildirilib ki, hadisə rayonun Şəfibəyli kəndində qeydə alınıb.

Belə ki, hadisə nəticəsində ümumi sahəsi 180 m² olan kürsülü, birmərtəbəli 5 otaqlı evin 2 otağının yanar konstruksiyaları və ev əşyaları 60 m² sahədə, dam örtüyü 140 m² sahədə yanıb.

Yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.