Goranboyda yol qəzası olub, xəsarət alanlar var
Hadisə
19:55 12 yan, 2022
Faktla bağlı araşdırmalara başlanılıb
Bakı-Qazax avtomobil yolunun Goranboy rayon ərazisindən keçən hissəsində 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
Qazet.az Report-a istinadən xəbər verir ki, "Mercedes" markalı avtomobil yük maşını ilə toqquşması nəticəsində 3 nəfər xəsarət alıb. Onlardan birinə ambulator yardım göstərilib, digər 2 nəfər, Ağstafa rayon sakini, 2008-ci il təvəllüdlü M.Rəhimova və Qazax rayon sakini, 1951-ci il təvəllüdlü A.Bağırov xəstəxanaya aparılıblar.
Onların vəziyyətinin kafi olduğu bildirilir.
Faktla bağlı araşdırmalara başlanılıb.