Bakı -5˚C Windy

Goranboydakı yanğında tüstüdən zəhərlənən şəxsin kimliyi məlum olub - YENİLƏNİB

Hadisə 22:46 04 okt, 2022
Goranboydakı yanğında tüstüdən zəhərlənən şəxsin kimliyi məlum olub - YENİLƏNİB

Goranboyda yanğın zamanı tüstüdən zəhərlənən şəxsin kimliyi məlum olub.

Qazet.az xəbər verir ki, Goranboy rayon Yolqulular kənd sakini, 1981-ci il təvəllüdlü T.Hüseynova məxsus fərdi evin həyətində olan tövlədə və dama yığılmış ot tayasında başvermiş yanğın zamanı onun qardaşı, 1986-cı il təvəllüdlü S.Hüseynov tüstüdən zəhərlənib.

O, Gəncə şəhərində yerləşən xəstəxanaların birinə aparılıb.

Qeyd edək ki, hadisə zamanı ailənin daha bir neçə üzvü həyəcan keçirdiklərinə görə özlərini pis hiss ediblər. Onlara isə ambulator yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır.