Bakı 26˚C Sunny

Görmə əngəlli insanlar infraqırmızı diapazonda “görə” biləcəklər - FOTO

Biznes 11:42 25 yan, 2022

Prototip cihazını başına taxan beş tədqiqat iştirakçısının hamısı maneələri uğurla keçə bilib

Görmə əngəlli insanlar infraqırmızı diapazonda “görə” biləcəklər - <span style="color:red">FOTO</span>

Eynək formalı cihaz 3D printerdə çap edilib. Stereoskopik şəkil çəkmək üçün cihaza kameralar quraşdırılıb, şəkil kiçik kompüterə ötürülür. Xəstənin qolunda 25 naqilli xüsusi manjet olur. Vibrasiya sayəsində istifadəçi obyektlərə olan məsafəni hiss edə və onlarla toqquşmadan qaça bilir.

Qazet.az Futurism”a istinadən xəbər verir ki, daxili sınaq zamanı eynəklər effektiv olduğunu sübut etdi. Prototip cihazını başına taxan beş tədqiqat iştirakçısının hamısı maneələri uğurla keçə bilib.

Alimlər qeyd ediblər ki, qurğunun kameraları infraqırmızı spektrdə işləyir, ona görə də görmə məhdudlu insanlar tam qaranlıqda belə hərəkət edə bilirlər.