Bakı 6˚C Mostly sunny

"Gorus-Qafan yolundan istifadə etmək məntiqsizdir" - Ermənistan Təhlükəsizlik Şurasının sədri

Siyasət 12:04 12 noy, 2021

Armen Qriqoryan alternativ yolun istifadəsindən danışıb

"Gorus-Qafan yolundan istifadə etmək məntiqsizdir" - <span style="color:red">Ermənistan Təhlükəsizlik Şurasının sədri</span>

Ermənistan Təhlükəsizlik Şurasının rəhbəri Armen Qriqoryan Gorus-Qafan yolundan istifadənin məntiqsiz olduğunu söyləyib.

Qazet.az xəbər verir ki, Ermənistanın İctimai televiziyasına danışan Qriqoryan Tatev-Qapan yolunun işlək vəziyyətə gətirildiyini bildirib.

“Azərbaycanlılar da Qubadlıdan Eyvazlı kəndinə getmək istəsələr bu yoldan istifadə edə bilərlər. Bu yolun bir hissəsi Ermənistan ərazisindən keçir və belə olduqda biz gömrük nəzarəti tətbiq edəcəyik və azərbaycanlılar rüsum ödəyəcəklər”, - deyə Təhlükəsizlik Şurasının rəhbəri qeyd edib.