Bakı 27˚C Sunny

Göyçayda şəhidlərin əziz xatirəsi yad edilib

Gündəm 17:44 29 sen, 2021

Şəhidin əziz xatirəsi ehtiramla yad olunub, məzarı üzərinə gül dəstələri düzülüb

Göyçayda şəhidlərin əziz xatirəsi yad edilib

Göyçayda Vətən müharibəsi şəhidlərinin ildönümü qeyd olunub.

Qazet.az xəbər verir ki, sentyabrın 29-da torpaqlarımızın bütövlüyü uğurunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olan Göyçay rayon Potu kənd sakini İntiqam Şirəliyevin xatirəsini əbədiləşdirmək məqsədi ilə şəhid bulağı kompleksinin açılışı olub.

Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhidin ailə üzvləri, dindarlar, ağsaqqallar və kənd sakinləri iştirak edirdilər. Şəhidin əziz xatirəsi ehtiramla yad olunub, məzarı üzərinə gül dəstələri düzülüb.

Mərasimlərdə çıxış edənlər Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində 30 ilə yaxın həsrət qaldığımız torpaqlarımızı işğaldan azad etdiyini bildiriblər.

Həmçinin tədbirdə şəhid İntiqam Bəxtiyar oğlu Şirəliyevin keçdiyi döyüş yolundan, qəhrəmanlığından danışıldı.Sonda şəhidin adının əbədiləşdirmək məqsədilə adına bulaq kompleksi istifadəyə verildi. Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə ölkə başçısına minnətdarlığını bildirdi.

Qeyd edək ki, Vətən müharibəsinin 3-cü günü erməni terrorçuları Kəlbəcər istiqamətində iriçaplı silahlardan və artileriya qurğularından da istifadə etməklə Azərbaycan mövqelərinə qarşı həyata keçirdikləri təxribat xarakterli basqınların qarşısını almaq məqsədilə Azərbaycan Silahlı Qüvvələrinin bölmələri əks-hücum həmlələrinə başlayıb. Azərbaycan Ordusunun bölmələrinin əks-hücum əməliyyatları nəticəsində erməni silahlı terrorçularının qarşısını alınıb, işğal altında olan Kəlbəcər rayonu istiqamətində mühüm strateji yüksəklik və mövqelər ələ keçiriblər. Bu zaman döyüş tapşırıqlarını yerinə yetirən 1997-ci il təvəllüdlü Şirəliyev İntiqam Bəxtiyar oğlu şəhid olub.

Şəhid böyük izdihamla doğulduğu Potu kəndində torpağa tapşırılıb.