Bakı 17˚C Partly sunny w/ showers

Göyçayda zəncirvari qəza: Ölən və xəsarət alan var

Hadisə 22:56 20 noy, 2021

Qəza nəticəsində 1 nəfər ölüb, bir nəfər isə xəsarət alıb

Göyçayda zəncirvari qəza: <span style="color:red">Ölən və xəsarət alan var</span>

Göyçayda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Qazet.az xəbər verir ki, hadisə Göyçay-Ucar avtomobil yolunun Xəlitli kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. 

"Vaz 2107", "Vaz 2106" və "Mercedes ateko" markalı avtomobillər toqquşub. Qəza nəticəsində 1 nəfər ölüb, bir nəfər isə xəsarət alıb. 

Hadisə ilə bağlı araşdırma aparılır.