Göyərtəsində onlarla turistin olduğu qayıq batıb
Hadisə
04:37 06 yan, 2023
Bali adasında içərisində onlarla turistin olduğu sürətli qayıq çevrilərək batıb.
Qazet.az bildirir ki, bu barədə ABC News xəbər verib.
Hadisə videoya çəkilib, kadrlarda 34 turistin açıq dənizdə olduğunu görmək olar. Ölən və yaralananlar barədə məlumat verilmir. KİV-in məlumatına görə, gəmi batmazdan əvvəl sərnişinlər xilasedici jiletləri geyinə biliblər. Ehtimal olunur ki, qayıq suda sərt bir şeylə toqquşub.
Qayıqda ruslar, avstraliyalılar, ukraynalılar və hindistanlılar, habelə ekipaj üzvləri olub. Hamı xilas olub.