Bakı 14˚C Intermittent clouds

Göygöldə dumanlı hava avtomobil qəzasına səbəb olub, xəsarət alanlar var

Hadisə 05:53 30 noy, 2022
Göygöldə dumanlı hava avtomobil qəzasına səbəb olub, xəsarət alanlar var

Göygölün Balçılı kəndində 4 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

Qazet.az-ın məlumatına görə, "VAZ-2106" markalı avtomobillərin toqquşması nəticəsində 1992-ci il təvəllüdlü N.Musayeva, 1967-ci il təvəllüdlü X.Əmiraslanov, 1969-cu il təvəllüdlü A.Musayeva və 1973-cü il təvəllüdlü Z.Əmiraslanova xəsarət alıblar.

Yaralılar xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, qəzaya dumanlı hava şəraiti səbəb olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.