Göygöldə piyada qəza zamanı tanınmaz hala düşdü: Sürücü SAXLANILDI
Qəza nəticəsində piyadanın tanınmaz hala düşərək hadisə yerində öldüyü barədə məlumat daxil olub
Göygöldə avtomobillə piyadanı vurub öldürən şəxs tapılıb.
Qazet.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Gəncə regional qrupundan məlumat verib.
Məlumata görə, tutulan şəxs Göygöl rayon Xəqani kənd sakini Fəxri Qasımovdur. Ona qarşı Cinayət Məcəlləsinin 263.2 (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) və 264-cü (Yol nəqliyyat hadisəsi yerindən qaçma) maddəsi ilə cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.
Xatırladaq ki, noyabrın 23-də Göygöl rayon Polis Şöbəsinə (RPŞ) Bakı-Qazax-Gürcüstan sərhədi yolunun 369-cu km-də avtomobilin qadını vurması, qəza nəticəsində piyadanın tanınmaz hala düşərək hadisə yerində öldüyü barədə məlumat daxil olub.
Polis əməkdaşlarının araşdırmaları nəticəsində həlak olan şəxsin Gəncə şəhər sakini, 1963-cü il təvəllüdlü Tünzalə Rəfiyeva olması müəyyən edilib.