Bakı 11˚C Mostly cloudy

Göz üçün doğru eynəyi necə seçməliyik?

Cəmiyyət 01:42 10 dek, 2022
Göz üçün doğru eynəyi necə seçməliyik?

Gündəlik, xüsusilə də gərgin iş rejimində narahatedici işiqlardan qorunmaq üçün istifadə etdiyimiz eynəklər səhv seçiləndə daha çox problem yarada bilər.

Miyop, hipermetropiya kimi göz xəstəliklərində və gün işığından qorunmaq üçün istifadə edilən eynəklərdə düz seçim etməliyik. Bəs, düzgün olan eynəkləri necə seçək?

Qazet.az düzgün eynək seçimi ilə bağlı tibbi məlumatları təqdim edir:

Qaşlarımızın alt hissəsi ilə eynək çərçivəsinin üst hissəsi arasında 2 santimetr məsafə olmalıdır, bu həm yaxşı görməyi, həm də görmə məsafəsini artırır.

Ofisdə işləyən şəxslər və ya kompüter arxasında çalışanlar şüadan qoruyan eynəklərdən istifadə etməlidir.

Güc strukturlarında çalışan şəxslərə və idmançılara ala biləcəkləri zərbə ehtimalına görə təbii şüşəli eynəklərdən istifadə etməsi məsləhət görülür.

Əgər kimsə günəş şüaları altında işləyirsə, rəngli və yaxud “UV A/B/C” filtrli eynəklərdən istifadə etməlidir.

Uşaqların eynək nömrələrinin tez-tez dəyişməsi səbəbi ilə 6 aydan bir müayinədən keçməsi mütləqdir. Uşaqlara eynəyi sevdirmək üçün rəngli şüşələrdən istifadə edilə bilər. Həm də elastik şüşə çərçivələr uşaqlar üçün daha məqsədəuyğundur.