GTA hazırlanma məbləği ilə rekord vurdu
Multimedia
09:10 26 sen, 2022
“Rockstar Games” şirkəti “Grand Theft Auto VI” video oyununun hazırlanmasına təxminən 2 milyard dollar xərcləyib.
Qazet.az xəbər verir ki, bu barədə adıçəkilən oyun studiyasınının kompüterlərini “sındıran” hakerlər qrupu məlumat yayıb.
GTA VI-nın şərti adı “Amerika”dır və layihənin işlənməsinə hələ 2016-cı ildən başlanılıb.
Məlumata görə, 2 milyard dollarlıq büdcə yekun deyil.
Məlumata görə, oyunun istifadəyə verilməsinə daha iki il var.
Bu səbəbdən xərclənəcək məbləğin daha yüksək olacağı gözlənilir.