GTA oyununun görüntüləri internetə sızdırıldı
Maraqlı
09:35 20 sen, 2022

"Grant Theft Auto" ("Oğurluq maşın") video oyununun 6-cı seriyasına aid 90-dan çox video və görüntü haker tərəfindən internetə sızdırılıb.
Qazet.az xəbər verir ki, sızdırılan məzmun, oyunda baş verən təhlükəsizlik xətalarının ardından bazar günü ortaya çıxıb .
"Rockstar Games", şirkəti şəbəkəyə müdaxilənin necə baş verdiyini müəyyənləşdirə bilməyib.
Bununla belə şirkət GTA video oyununun 6-cı seriyasından görüntülərin oğurlandığını təsdiqlədi.
Görüntülər "GTAForums" saytına "teapotuberhacker" adlı istifadəçi tərəfindən yerləşdirilib.
Şirkət oyunun bu il hazırlandığını və 2023-cü ildə işıq üzü görəcəyini açıqlayıb.