Bakı 9˚C Dreary

Güclü istilər başlayacaq

Gündəm 11:02 16 dek, 2021

Mütəxəssislər "dəhşətli istilərinin" başlaması ilə əlaqədar insanların küçədə uzunmüddətli işdən uzaq duracağını proqnozlaşdırıblar

Güclü istilər başlayacaq

Amerika Dyuk Universitetinin alimləri qlobal istiləşmənin əmək bazarına əhəmiyyətli dərəcədə təsir edəcəyini bildiriblər. Mütəxəssislər "dəhşətli istilərinin" başlaması ilə əlaqədar insanların küçədə uzunmüddətli işdən uzaq duracağını proqnozlaşdırıblar.

Qazet.az Trend-ə istinadən bildirir ki, alimlər belə qənaətət gəliblər ki, əgər Yer kürəsində temperatur iki dərəcədən çox artarsa, o zaman əmək məhsuldarlığının azalmasından iqtisadi itkilər ildə 1,6 trilyon dollara çatacaq.

İqlim istiləşməsi ən çox tropik və subtropik bölgələrdəki - Asiya, Yaxın Şərq, Afrika və Sakit Okeanın qərbindəki işçilərə təsir göstərəcək. Bundan əlavə, bir çox ölkələrdə yayda işçilərə zərər vermədən kritik vacib kənd təsərrüfatı və tikinti işlərini həyata keçirmək demək olar ki, mümkün olmayacaq. Vətəndaşların əksəriyyətinin açıq havada işlədiyi Hindistan, Çin, Pakistan və İndoneziya iqlim dəyişikliyindən böyük iqtisadi itkilərlə üzləşəcək.