Güclü küləyin Milli Məclisə vurduğu ziyanla bağlı açıqlama
Gündəm
18:47 11 noy, 2021
“Hazırda küləkli hava şəraiti davam edir"
“Bakıda əsən güclü külək nəticəsində Milli Məclisin binasının 6 üzlüyü qopub”.
Qazet.az xəbər verir ki, bunu Report-a açıqlamasında Milli Məclisin İşlər müdiri Firudin Hacıyev deyib.
O bildirib ki, binanın fasadı bərpa olunacaq: “Hazırda küləkli hava şəraiti davam edir. Hava şəraiti normallaşandan sonra binanın qopan üzlükləri bərpa ediləcək. Bu, təbii bir hadisədir. Hazırda küləyin binaya vurduğu ziyanın qiymətləndirilməsi ilə bağlı işlər görülür”.