Bakı 3˚C Sunny

Güclü qar Yaponiyada insanların həyatına son qoydu

Hadisə 03:47 22 dek, 2022
Güclü qar Yaponiyada insanların həyatına son qoydu

Yaponiyada yağan güclü qar ölümlərlə nəticələnib. 

Qazet.az xəbər verir ki, bununla bağlı ölkənin Yanğın və Fəlakət İdarəetmə Agentliyindən məlumat verilib.

Bildirilib ki, Yamaqta, Aomori və Niiqata əyalətində şənbə günündən yağan güclü qar insan itkisinə səbəb olub .

Qartəmizləyən maşınların hərəkəti zamanı baş verən qəzalarda 3 nəfər ölüb, 10 nəfər yaralanıb.

Yaponiyanın İqtisadiyyat, Ticarət və Sənaye Nazirliyinin açıqlamasında qeyd olunub ki, Niiqatada 10 mindən çox ev işıqsız qalıb.

Məhsulların tədarükü mümkün olmadığından, bəzi marketlərin piştaxtaları boş qalıb.

Meteorologiya Agentliyi isə soyuq hava dalğasının və güclü qarın bazar gününə qədər Yapon dənizinin sahil bölgələrində təsir edəcəyini açıqlayıb .

Qurum rəsmiləri vətəndaşları nəqliyyat xətlərində və tədarük zəncirlərində yarana biləcək fasilələrə hazır olmağa çağırıb.