Güclü qara görə bu yolda hərəkət dayandı
Gündəm
13:22 20 yan, 2022
Yağıntı davam edir, əraziyə texnikalar cəlb olunub, yolun açılması üçün tədbirlər görülür
İsmayıllı rayonuna yağan güclü qar səbəbindən yollarda nəqliyyatın hərəkətində məhdudiyyət yaranıb.
Qazet.az xəbər verir ki, qarlı və dumanlı hava şəraiti İsmayıllı-Muğanlı yolunda hərəkəti iflic edib, 100-dən çox avtomobil yollarda qalıb, insanlar piyada getməli olurlar. Yağıntı davam edir, əraziyə texnikalar cəlb olunub, yolun açılması üçün tədbirlər görülür.