Güclü yağışlar nəticəsində 21 nəfər öldü
Gündəm
12:40 10 okt, 2022
Hindistanın şimalında yağan güclü yağışlar nəticəsində son 2 gündə 21 nəfər ölüb.
Qazet.az xəbər verir ki, son 20 ilin ən şiddətli musson mövsümünü keçirən Tailandda şiddətli yağışlar sel və daşqınlara səbəb olmaqda davam edir.
Güclü yağışların təsirinə məruz qalan Ubon Raçatani şəhəri demək olar ki, tamamilə su altında qalıb. Şəhərdə təcili yardım və xilasetmə işləri qayıq və helikopterlərin köməyi ilə həyata keçirilir.