Güclü zəlzələ bu ölkəni SİLKƏLƏDİ
Gündəm
22:34 11 dek, 2021
Zəlzələ ocağı 53,3 km dərinlikdə yerləşib
Çilidə 5,7 bal gücündə zəlzələ qeydə alınıb.
Qazet.az TASS-a istinadla xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidmətinin saytında məlumat verilib.
Bildirilib ki, yeraltı təkanların episentri Çilinin La Serena şəhərindən təxminən 40 km şimalda, Kokimbo əyalətində (əhali təxminən 154 min nəfər) yerləşib. Zəlzələ ocağı 53,3 km dərinlikdə yerləşib.
Tələfat və dağıntılar barədə məlumat verilmir. Sunami təhlükəsi elan edilməyib.