Bakı 8˚C Dreary

Güləşçilərimiz beynəlxalq turnirdə medallar qazanıblar

İdman 13:06 16 dek, 2022
Güləşçilərimiz beynəlxalq turnirdə medallar qazanıblar

Qazaxıstanın paytaxtı Astana şəhərində qazax güləşi üzrə U-17, U-20 və böyüklər arasında dünya birinciliyi və çempionatı keçirilib.

Qazet.az-ın Gənclər və İdman Nazirliyinə istinadən məlumatına görə, Azərbaycan idmançıları yarışı 4 medalla tamamlayıblar.

Böyüklər arasında Nəsimi Unbayev 55 kq çəki dərəcəsində gümüş medal qazanıbsa, Nicat İsmayılov (U-17, 60 kq), Ataxan Babayev (U-20, 60 kq) və Nihad İskəndərov (U-20, 100 kq) bürünc medala layiq görülüblər.