Güllə atıcılığı üzrə Azərbaycan millisində baş məşqçi dəyişikliyi olub
İdman
17:10 23 sen, 2021
53 yaşlı mütəxəssis öz istəyi ilə postundan ayrılıb
Azərbaycan Milli Paralimpiya Komitəsinin (MPK) güllə atıcılığı növü üzrə milli komandasının baş məşqçisi Əkbər Muradov istefaya göndərilib.
MPK-dan Qazet.az-a verilən məlumata görə, 53 yaşlı mütəxəssis öz istəyi ilə postundan ayrılıb.
Onu Yusif Abdullayev əvəzləyib.
Qeyd edək ki, Azərbaycanın güllə atıcıları Tokio-2020 Yay Paralimpiya Oyunlarını medalsız bitirib. Əkbər Muradov idmançı karyerasında üç dəfə dünya, bir dəfə isə Avropa çempionatında bürünc medal qazanıb.