Bakı 9˚C Mostly cloudy

Gülşənin ev dustaqlığı ləğv olundu

Maraqlı 14:15 12 sen, 2022
Gülşənin ev dustaqlığı ləğv olundu

Konsertində İmam Hatip liseyi şagirdlərinin ünvanına söylədiyi sözlərə görə "xalqı kin və düşmənçiliyə sövq etmək və ya alçaltmaq" ittihamı ilə həbs olunaraq "yaşayış yerini tərk etməmək" şərti ilə azadlığa buraxılan müğənni Gülşənin ev dustaqlığı qərarı ləğv edilib. 

Qazet.az Türkiyə mediasına istinadən xəbər verir ki, ev dustağlığı ləğv edildsə də ölkədən çıxma qadağası davam edən müğənni bu günlərdə polis idarəsində imza atacaq.

Xatırladaq ki, "ictimaiyyəti nifrət və düşmənçiliyə sövq etmək” ittihamı ilə əvvəl saxlanılan, daha sonra həbs edilən Gülşən apellyasiya şikayətindən sonra sərbəst buraxılıb.

Gülşənə qarşı hazırlanan iddianaməyə görə, 1 ildən 3 ilə qədər həbs cəzası istənilib.