Gülşənin həbsxanada ilk istəyi kitab oldu
Maraqlı
16:25 27 avq, 2022
Türkiyəli müğənni Gülşəni həyat yoldaşı Ozan Çolakoğlu və vəkili Gökçe Kılıç Gülsaran ziyarət edib.
Qazet.az xəbər verir ki, Bakırköy qadın həbsxanasına göndərilən müğənni ilk gecə təkadamlıq kamerada qalıb. Gülşən üçün yeməkxana açılıb və o, özünə təmizlik vasitələri alıb.
Gülşən vəkili vasitəsi ilə ərizə yazaraq həbsxananın kitabxanasından istifadə etmək, kitab almaq istədiyini bildirib. Görüşdən sonra açıqlama verən vəkil "Gülşənin vəziyyəti çox yaxşıdır" deyib.
Səhər saatlarından həbsxananın qarşısında gözləyən Ozan Çolakoğlu isə həyat yoldaşı üçün gətirdiyi paltar və əşyaları həbsxana əməkdaşlarına təqdim edib.