Gümrüdəki Rusiya hərbi bazasının qarşısındakı aksiyada 65 nəfər saxlanılıb -Yenilənib
Ermənistanın Gümrü şəhərindəki Rusiyanın 102-ci hərbi bazasının qarşısında keçirilən Rusiya əleyhinə aksiyada 65 nəfər saxlanılıb.
Qazet.az “Sputnik Armeniya”ya istinadən xəbər verir ki, bu barədə Ermənistan polisinin ictimaiyyətlə əlaqələr üzrə idarəsinin rəisi Zarzand Qabrielyan bildirib.
Qeyd edək ki, etiraz aksiyasını “Milli-demokratik qütb” təşkilatı düzənləyib. Onlar Rusiyanın 102-ci hərbi bazasına girişi bağlamağa cəhd ediblər.
***
Ermənistanın Gümrü şəhərindəki Rusiyanın 102-ci hərbi bazasının qarşısında nümayişlər keçirilir.
Qazet.az Ermənistan KİV-ə istinadən xəbər verir ki, etirazçılar “Rusiya Türkiyə və Azərbaycanın müttəfiqidir!”, “Ar olsun belə müttəfiqə!”, “KTMT-yə yox!” və s. şüarlar səsləndiriblər.
Hazırda aksiya iştirakçıları ilə polis arasında qarşıdurma baş verir, saxlanılanlar var.