Bakı 20˚C Dreary

Gündəlik qlobal neft tələbatı 100 mln. bareli ötüb

Gündəm 17:53 02 noy, 2021

Bu barədə Böyük Britaniyanın BP şirkətinin maliyyə direktoru Mürrey Okinklos bildirib

Gündəlik qlobal neft tələbatı 100 mln. bareli ötüb

Qlobal sutkalıq neft tələbatı artıq 100 mln. bareli keçib və tezliklə COVID-19 pandemiyasından əvvəlki səviyyəyə qayıdacaq.

Qazet.az-ın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə Böyük Britaniyanın BP şirkətinin maliyyə direktoru Mürrey Okinklos bildirib.

O qeyd edib ki, gözləntilərə görə, neftə olan qlobal tələbat pandemiyadan əvvəlki səviyyəyə gələn il qayıdacaq

M. Okinklos əlavə edib ki, "OPEC+" (OPEC və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüs) alyansı qlobal neft bazarında tarazlığın saxlanılması öhdəsindən uğurla gəlir.

Xatırladaq ki, Beynəlxalq Enerji Agentliyinin (IEA) oktyabr hesabatına əsasən, 2021-ci ildə ortalama qlobal neft tələbatı sutkada 5,5 mln. barel artaraq 96,31 mln. barel təşkil edəcək. Agentlik həmçinin tələbatın 2022-ci ildə COVID-19-dan əvvəlki səviyyələrə qayıtmasını gözləyir.