Günəş sistemindən kənardakı planetin şəkli çəkildi
Maraqlı
08:11 02 sen, 2022
Ceyms Uebb orbital teleskopu Günəş sistemindən kənarda olan planetin ilk birbaşa təsvirini əldə edib.
Qazet.az xəbər verir ki, bu barədə cümə axşamı ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsi (NASA) məlumat yayıb.
Məlumata görə, ekzoplanet qaz nəhəngidir və onun sərt səthi yoxdur. Planet yaşayış üçün əlverişli deyil.
Söhbət 2017-ci ildə kəşf edilmiş HIP 65426 b ekzoplanetindən gedir. Onun kütləsi Yupiterin kütləsindən 6-12 dəfə çoxdur. Göy cisminin yaşının 15-20 milyon il olduğu təxmin edilir.