Bakı 12˚C Intermittent clouds

Günəşdə alışma - SƏBƏB

Maraqlı 16:00 10 yan, 2023
Günəşdə alışma - SƏBƏB

Hazırda Günəşin görünən səthində mürəkkəb maqnit strukturuna malik 6 fəal törəmə – ləkə qrupu müşahidə olunur.

Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından Qazet.az-a verilən məlumata görə, müşahidə edilən Günəş ləkələrindən 3184 nömrəli törəmə Günəş fəallığının 25-ci tsiklinin başlanğıcından indiyədək müşahidə olunan ikinci ən güclü alışmaya səbəb olub.

X1.98 sinfindən olan bu alışmanın maksimum gücü Bakı vaxtı ilə 9 yanvar saat 22.50-də qeydə alınıb. 3181 və 3182 nömrəli digər iki ləkə qrupu isə nisbətən zəif M sinfindən olan alışma yaratma potensialına malikdir.

Koronoqraf təsvirlərində tac kütlə atılmalarının müşahidə olunmamasına, fəal oblastlarda dissipasiya prosesinin getməsinə baxmayaraq, Yerdə maqnit qasırğası təhlükəsini proqnozlaşdırmaq hazırda çətindir. Bu istiqamətdə müvafiq ölçmələr davam etdirilir, fəal proseslərin geoeffektivliyi izlənilir.