Güney Azərbaycanda boya zavodundakı partlayışda xəsarət alanların sayı 64 nəfərə çatıb - YENİLƏNİB
Hadisə
19:17 26 dek, 2022
Güney Azərbaycanın Tufarqan şəhərində (hazırkı adı Azərşəhrdir) boya zavodunda baş verən partlayış nəticəsində xəsarət alanların sayı 64 nəfərə çatıb.
Qazet.az xəbər verir ki, bu barədə "Tasnim" agentliyi məlumat yayıb.
Partlayışın miqyasına görə hələ də qurbanların sayının artması ehtimalı var.
Əyalət qubernatoru yanında böhran vəziyyəti idarəsinin rəhbəri bildirib ki, partlayış qaz sızması nəticəsində baş verib.