Ulduzlar bu gün nə deyir? - 13 sentyabr 2021
Bazar ertəsi bürclər haqqında məlumatlar
Qoç
Yeni bir layihədə tərəfdaş olmaq üçün sosial çevrənizdən dəvət ala bilərsiniz. Maliyyə və məlumat təcrübənizlə yeni bir iş imkanı əldə edəcəksiniz. İş yükünüz bu gün yüksəkdir. Praktik olun.
Buğa
İş həyatınızda məsuliyyət səviyyəniz artır. Yeni bir fürsət yarana bilər və müqavilə bağlaya bilərsiniz. Diqqət mərkəziniz dəyişə bilər. Yeni bir işə başlayırsınız.
Əkizlər
Şəxsi istedadlarınızı ortaya çıxarmaq üçün xüsusi təlim keçməyə qərar verə bilərsiniz. Yeni bir məqsəd tapmaq enerjinizi artıra bilər. Həyatınıza və ətrafınıza daha çox töhfə vermək istəyirsiniz.
Xərçəng
Ailə problemlərini həll etmək üçün qəti söhbətlər etməlisiniz. Məsuliyyətləriniz sürətlə arta bilər. İlk növbədə nəyi və necə qiymətləndirməli olduğunuzu müəyyənləşdirmək, prosesdəki səhv riskini azaldacaq.
Şir
Nəzərdə tutduğunuz işlər, hətta ən cəsarətli planlarınızı həyata keçirə bilərsiniz. Kənar yardımlara ehtiyac duyulmur. Tamamilə yeni işə başlamaq olar. İnformasiyanın minimum həddə olması sizi narhat etməməlidir.
Qız
Günün ilk yarısında münaqişə, gərginlik istisna deyil. Birmənalı olmayan zamandır. Dəyər verdiyiniz insanlarla münaqişə etməyin. Münasibətləri korlamayın. Yaxın ətrafınızdakı insanların könlünü qırmayın.
Tərəzi
Rəğbət bəsəldiyiniz insanla münasibətlərinizdə səmimiyyəti artıra bilərsiniz. Yaranmış problemin həllinə yaradıcı yanaşın. Sevgi həyatınızı yenidən qurursunuz. Sizinlə paylaşılan hisslərə müsbət cavab verə bilərsiniz.
Əqrəb
Sizdən gizli məsələlərin ortaya çıxmasına baxmayaraq, məsuliyyət götürərək məsələni tamamilə bağlamağa çalışa bilərsiniz. Verdiyiniz dəyər və səyləri şübhə altına almaq üçün tələsməyin, səbriniz haqqınızı əldə etməyə imkan verəcək.
Oxatan
Qarşınıza qoyduğunuz məqsədlərə çatmağa çalışın. Ağır və məşəqqətli iş perspektivi varsa belə, geri çəkilməyin. Yaxın ətrafınızdakı insanların öz problemlərinin çözümünü sizə həvalə etmələrinə imkan verməyin. Sizin hesabınıza işlərini həll etmək istəyənlərin sayı az deyil.
Oğlaq
İctimai yerlərdə şəxsi statusunuzu təyin edəcək çıxışlar edə bilərsiniz. Dəyərinizi başa düşmək istədiyiniz insanlara vaxt verirsiniz. Münasibətləriniz və iş tərzinizlə əlaqədar ciddi bir yenidən qurma qərarı ərəfəsindəsiniz.
Dolça
Yeni bir başlanğıc edirsiniz. Bəzi məsələlər üçün şəhər xaricinə getməyiniz lazım ola bilər. Bunu yalnız bir iş səyahəti olaraq görmək əvəzinə qısa, lakin rahat bir tətil olaraq düşünə bilərsiniz. Fikrinizi və həyatınızı bir araya gətirirsiniz.
Balıq
Qorxularınızı tarazlıqda saxlamaq əvəzinə, yetkin bir davranış nümayiş etdirərək paylaşmağı üstün tutacaqsınız. İnsanlara həddən artıq inanmayın. Fırıldaqçılar və saxtakarlar etimadınızdan sui-istifadə etməyə çalışacaqlar.