Bakı -11˚C Rain and snow

Günün ulduz falı - 5 noyabr 2021

Maraqlı 11:10 05 noy, 2021

Cümə günü bürclər haqqında məlumatlar

Günün ulduz falı - <span style="color:red">5 noyabr 2021</span>

Qoç 

Genişmiqyaslı planlarınız vardırsa, onları unudun. Görüşlər ümidləri doğrultmayacaq. Köhnə dostunuz və ya sevdiyiniz insanla danışarkən diqqətli olun, xətrinə dəyməyin. Günün ikinci yarısında müsbət təmayüllərin təsiri artacaq, yeni və maraqlı ideyalar yaranacaq. 

 

Buğa

Diqqətinizi cəmləyin, ağır və məşəqqətli saydığınız işləri təxirə salmayın. İşdə həmkarlarınızla münasibətlərinizdə həssas və qayğıkeş olun. Gərəkli nəticəyə minimal vaxt ərzində nail olmağa,  ətrafınızdakı insanların rəğbətini qazanmağa çalışın.  Axşam saatlarında özünüzə vaxt ayırın və istirahət edin. 

 

Əkizlər

Günün informasiya fonu əlverişlidir. Görəcəyiniz işləri müəyyənləşdirmədən fəaliyyətə başlamayın.

Günün ikinci yarısında başlanacaq əməkdaşlıq sərfəli ola bilər. Yeni tanışlarla diskussiyalar zamanı aqressiv və sərt olmayın. Məsləhətləri qulaqardına vurmayın. Dəyər verdiyiniz insanların qədrini bilin. Mənasız iradlar və səbəbsiz tənqidlər münasibətləri korlaya bilər.

 

Xərçəng

Günün ikinci yarısında qəfil olay və ya təsadüf işlərinizi daha da rəvan edəcək. Bu gün sizin gününüzdür. Yaxınlarınız və dostlarınızla ünsiyyət üçün yaxşı zamandır. Verdiyiniz suallara cavab alacaqsınız. Alış-verişə edərkən xəsislik etməyin.

 

Şir

Yaşayışınızdan şikayətlənmək üçün ciddi səbəblər yoxdur. Fəqət emosional dəstək artıqlıq etməz. Yaxınlarınıza dəstək üçün müraciət edin, əhvalınızı yaxşılaşdırın. Axşam saatlarında ailənizlə vaxt keçirin. Maliyyə məsələləri ilə məşğul olmaq əlverişli deyil. Pulla bağlı problemlərin müzakirəsini belə təxirə salın. Maliyyə problemləri anlaşılmazlıqlara, qarşıdurmalara səbəb ola bilər.

 

Qız

Xırda məsələlərə görə narahat olmasanız, gün pis keçməyəcək. İmkan varsa, yaxınlarınıza yardımlar edin. Sürprizlər istisna deyil. Dəyər verdiyiniz insanlarla münasibətləri rəvan edin. Bu, əlaqələrə əla təsir edəcək. Önəm verdiyiniz insanda özünüzlə bağlı xoş təəssürat yaratmağa çalışın. Emosional durumunuza nəzarət edin.

 

Tərəzi

Günün ilk yarısı uğurlu olacaq. Şanslar və imkanlar gözləntilərinizdən də artıqdır. Xoş sürprizlər istisna deyil. Yeni işə başlamaq, peşəkar fəaliyyət sahəsindəki təmasları yeniləmək üçün yaxşı zamandır.

Birgə layihələrə qatıla bilərsiniz. Konstruktiv tənqidi qulaqardına vurmayın, buraxılmış səhvlərin fəsadlarını vaxtında aradan qaldırın. 

 

Əqrəb

Karyera yerdəyişmələri və başqa mühüm işlər üçün uğursuz gündür. Hadisələr sürətlə inkişaf edir. Günün ikinci yarısında emosiyalar tarıma çəkiləcək. Kimsəyə imkan verməyin ki, sizə təsir etsin və davranışınızı axarından çıxarsın. Günün mənfi cəhətləri ilə yanaşı, müsbət cəhətləri də var. Yeni   dostluqlar yarana bilər. 

 

Oxatan

Ciddi və məqsədyönlü olun. Yaxın ətrafınızdakı insanlar sizə rəğbət bəsləməlidir. Nüfuzlu insanlardan birindən dəstək alacaqsınız. Günün ikinci yarısında müsbət təmayüllərin təsiri artacaq. Hadisələrin axarı əlverişlidir. Təşəbbüskar olun. 

 

Oğlaq

Yaxın ətrafınıza laqeyd münasibət bəsləməyin. Qərarları məsləhətləşərək qəbul edin. Nəyisə dəyişməyə və ya yeni işlərə başlamağa tələsməyin. Həyatınızda və ya münasibətlərinizdə hansısa məqam çətinləşibsə, situasiyanı sakit şəkildə təhlil edin, maneələri aradan qaldırın. 

 

Dolça

Günün əvvəlində intuisiyanızı xüsusilə diqqətlə dinləməyə çalışın. Bu zaman onun məsləhətləri sayəsində bəzi çətin suallara cavab tapa və ya çətin problemləri həll edə bilərsiniz. Yaradıcı olmaq, başqalarının uğursuz olduğu yerdə sizə uğur qazanmağa kömək edə bilər. Səbrlə ünsiyyətdə stressli anların qarşısını almaq olar. 

 

Balıq

Hər kəsə etibar etməyin. İş təkliflərinə tələsməyin, bir az düşünün. Maliyyə məsələləri aktivləşə bilər. Bu gün başqalarının qayğısına qalmaq, çətin vəziyyətdə qalanlara dəstək olmaq fürsəti sizi xüsusilə sevindirəcək.