Günün ulduz falı - 9 noyabr 2021
Çərşənbə axşamı bürclər haqqında məlumatlar
Qoç
Düşünülməmiş qərarlar verməyin, əməllərinizin nəticələrini əvvəlcədən təxminləməyə çalışın. Belə şəraitdə problemlərin sürəkli yaranmasına təəccüblənməyin. Yaşananlara münasibətiniz məcranı dəyişə bilər. İşdə həmkarlar və rəhbərliklə münaqişədən yayının. Soyuq tənqid, sərt sözlər, aqressivlik münasibətləri korlaya bilər. Maliyyə məsələləri ilə bağlı sualların müzakirəsini təxirə salın. Axşam saatlarında istirahət edin.
Buğa
Maliyyə və maddi məsələlərdə bacardıqca realist olun. Sizin üçün indiyədək çox mühüm olan hisslərdə soyuma və sərinləşmə müşahidə olunur. Yanılmayın, səhv nəticəyə gəlməyin. Məqsədə doğru irəliləyişdə ciddi maneələr yarana bilər. Etibar etdiyiniz yaxınlarınızın müdrikliyinə güvənin, yaxşı məsləhəti qulaqardına vurmayın. Rəqabətdə uğur qazanmaq üçün var qüvvə ilə çalışmalı olacaqsınız.
Əkizlər
Uğur qazanmaq üçün bütün gərəkli tədbirləri görüb-görmədiyinizi aydınlaşdırın. İdeya və niyyətlərinizi səbatlı edin, yaranan imkanlardan istifadə edin. İnformasiyanın daxil olduğu kanalları genişləndirin. Əlaqə saxlamalı, yazmalı, görüşməli insanları müəyyənləşdirin. Yaxın ətrafınızdakı insanlarla təmaslarınız effektiv olacaq.
Xərçəng
Yaxşı bələd olmadığınız insanla tərəfdaşlığa başlamayın. Əməkdaşlıqla bağlı müzakirələri ertələyin. Yaxınlarınızla dil tapın. Ümumi işlə məşğul olun. Məşğuliyyət darıxdırıcı olsa da, işləri yarımçıq qoymayın. Günün ikinci yarısında sizdən yardım istəyəcəklər. Köməyinizi əsirgəməyin. Romantik təmaslarla yanaşı, dost münasibətləri yeniləməyin zamanıdır.
Şir
Həftənin ən uğurlu dönəmidir. Yaranan fürsətlərdən, əlinizə düşən şanslardan maksimal dərəcədə istifadə edin. Aktiv və zəhmətkeş olsanız, rəqiblərinizi asanlıqla üstələyə bilərsiniz. Kiçik sədlər və xırda maneələr sizi məqsədə aparan yoldan döndərməməlidir. Günün ikinci yarısında işgüzar aktivliyi bir qədər azaldın. Əks təqdirdə yorğunluq hiss edə bilərsiniz. Maliyyə məsələlərinin təhlili üçün yaxşı zamandır.
Qız
İşdə həmkarlarınızla sürəkli mübahisə etməyin. İndiyədək sizi dəstəkləyən insanla fikir ayrılığı yarana bilər. Sərt danışmayın. Yanınızdakı adamlardan birinin məsləhətinə qulaq asın. Şəxsi münasibətlər baxımından pis zaman deyil. Çalışın, zəhmət çəkin. Zəifliklərinizin öhdəsindən gəlmək, pis vərdişlərdən qurtulmaq şanslarınız var.
Tərəzi
Uğurlar olacaq, amma onları dəyərləndirin. Yaranan problemlər ciddi və uzunmüddətli deyil. Peşəkar fəaliyyət sahəsində qərar qəbul etməzdən əvvəl düşünüb-daşının. Tələsik davranmayın. İşdə həmkarlar və rəhbərliklə münaqişə etməyin. Alış-verişdə bədxərclik etməyin. Axşam saatlarında gəzintiyə çıxın.
Əqrəb
İş və ya bizneslə bağlı yeni ideyaların müzakirəsi üçün əla gündür. Təklifləriniz başqalarına cəsarətli, qeyri-adi, lakin maraqlı görünür. Şübhəsiz ki, planlarınızı həyata keçirməkdə sizə kömək etmək istəyən insanlar olacaq və kimsə məmnuniyyətlə işin ən çətin və yorucu hissəsini öz üzərinə götürəcək.
Oxatan
Sizə təmənnasız yardım etmək istəyəcək adamları tapmaq çətindir. Buna görə də müstəqil işə, yaxud da istənilən xidmətin haqqını ödəməyə hazır olun. Öhdəsindən gələ bilməyəcəyiniz məsələ, iş və ya tapşırıq yoxdur. Uğura mane ola biləcək yeganə ünsür özünüzə inamın itməsidir. Heç bir halda, heç bir vəziyyətdə ruhdan düşməyin.
Oğlaq
Sizin üçün önəmli insanlarla görüşmək üçün əla gündür. Onlarda xoş təəssürat yarada bilərsiniz. Şəxsi problemlərinizdən gizlənməyə çalışmayın. Belə davranış taktikası sonradan təəssüf və pərişanlıq yaradır. Alış-verişdə bədxərclik etməyin.
Dolça
Ciddi problemli gün olmayacaq. Qərarlarınız doğru, düşünülmüş olsun. Tələsik addımlar atmayın, işləri vaxtında başa vurun. İndiyədək irəliləyişinizə mane olan sədləri dəf etmək və sizi narahat edən situasiyanı aydınlaşdırmaq şansları var. Romantik hisslərə qapılmayın, reallıqla illüziyanı səhv salmayın. Dəyər verdiyiniz insanla münasibətlərə sərinlik qatmayın.
Balıq
Başqalarının çaşqınlıqla geri çəkildikləri məqamlarda siz irəliyə addımlamaqda davam edir, daha nə qədər güc və vaxt sərf edəcəyiniz barədə fikirləşmirsiniz. Həm işgüzar, həm şəxsi münasibətlərdə təşəbbüs göstərmək lazımdır. Öz ideyalarınızla bölüşün, təkliflərinizi verin, tərəddüd etməyin, sizi dəstəkləyəcəklər.