Gürcü Arzusu seçkinin ilkin nəticəsini açıqladı
Gürcüstanda keçirilən seçkilərin ilkin nəticəsi açıqlanıb

Hakim Gürcü Arzusu – Demokratik Gürcüstan Partiyası hazırkı nəticələrə görə seçkidə liderlik edir.
Qazet.az xəbər verir ki, bu sözləri hakim partiyanın sədri İrakli Kobaxidze xüsusi brifinqdə deyib.
O bildirib ki, Gürcü Arzusunun müşahidəçiləri məntəqələrdə seçki bülletenlərini paralel olaraq sayır.
İndiyə qədər, partiyaya 3664 seçki məntəqəsindən 594-nün nəticələri daxil olub.
Gürcü Arzusu iddia edib ki, bu, seçicilərin 15,87%-nin səsi deməkdir və bu faizlə nəticələr belədir:
1. Gürcü Arzusu – 52,71%
2. Vahid Milli Hərəkat – 29,14%
3. Gürcüstan naminə - 5,69%
Qeyd edək ki, Gürcüstan MSK hələ rəsmi nəticələrin elanına başlamayıb.
Seçkilərdə isə seçici fəallığının 51,92% olduğu bildirilib.(axar.az)