Gürcü kanalı seçki pozuntusu faktına mükafat vəd etdi
Gündəm
19:17 30 okt, 2021
Video-sübutla təqdim edilən hər pozuntu üçün televiziya 317 dollar verəcəyini bildirib
Bu gün Gürcüstanda keçirilən yerli özünüidarəetmə seçkilərinin II turunda baş verən pozuntular barədə informasiya verənlərə müxalif “Mtavari Arxi” televiziyası pul mükafatı vəd edib.
Qazet.az xəbər verir ki, bu məlumatı televiziya öz Feysbuk səhifəsində yayıb. Video-sübutla təqdim edilən hər pozuntu üçün televiziya 317 dollar verəcəyini bildirib.
Qeyd edək ki, Gürcüstanda bu gün 20 şəhər və rayonda mer seçkisinin II turu keçirilir.