Gürcü müxalifəti Tiflisin ən böyük prospektini bağlayacaq
Gündəm
22:31 14 noy, 2021
“Sabah, 15 noyabrda saat 15:00-dan 17:00-a qədər keçiriləcək aksiyamız Tiflisdə hər iki sahildə nəqliyyatın hərəkətini dayandıracaq"

Gürcüstanın müxalif Vahid Milli Hərəkat Partiyası paytaxt Tiflisin Kür sahili boyunca uzanan ən böyük magistralında aksiya keçirəcək.
Qazet.az xəbər verir ki, bu barədə partiya sədri Nika Meliya Feysbuk səhifəsində yazıb.
“Sabah, 15 noyabrda saat 15:00-dan 17:00-a qədər keçiriləcək aksiyamız Tiflisdə hər iki sahildə nəqliyyatın hərəkətini dayandıracaq. Bilirəm ki, bu, vətəndaşlar üçün narahatlıq yaradacaq. Eyni zamanda bu, rejimə bir siqnaldır ki, qeyri-zorakı aksiyalar hər keçən gün daha da şiddətlənir”, - deyə N.Meliya bildirib.