Bakı 2˚C Partly sunny

Gürcüstan artıq koronavirusla bağlı ayrı-ayrı statistika dərc etməmək qərarına gəlib

Cəmiyyət 07:45 10 noy, 2022
Gürcüstan artıq koronavirusla bağlı ayrı-ayrı statistika dərc etməmək qərarına gəlib

Gürcüstanın Səhiyyə Nazirliyi artıq koronavirusla bağlı hətta aylıq statistik məlumatları da dərc etməyəcəyini açıqlayıb.

Qazet.az xəbər verir ki, bu barədə "Caliber.az" məlumat yayıb.

“Son vaxtlar ölkədə koronavirusa yoluxma hallarında azalma tendensiyası müşahidə olunur və epidemik vəziyyət sabitdir. Yuxarıda göstərilənləri nəzərə alaraq, Covid-lə bağlı ayrıca statistik məlumatların dərc edilməsi zərurəti aradan qalxıb”, - departamentdən bildirilib.

Koronavirusla bağlı məlumatlar indi ölkədə insidentlə bağlı ümumi hesabatların bir hissəsi kimi dərc olunacaq. 

Milli Xəstəliklərə Nəzarət Mərkəzi sonuncu dəfə oktyabrın 4-də koronavirusla bağlı məlumat yayıb. 2022-ci il sentyabrın 30-na olan məlumata görə, pandemiyanın başlandığı gündən Gürcüstanda 1 792 109 koronavirusa yoluxma halı aşkarlanıb, 16 900 nəfər ölüb.