Bakı 18˚C Mostly sunny

“Gürcüstan Cənubi Qafqazın sabitlik regionuna çevrilməsini istəyir” - Gürcüstan XİN başçısı

Siyasət 12:02 22 sen, 2021

David Zalkaliani regionda sabitlikdən danışıb

“Gürcüstan Cənubi Qafqazın sabitlik regionuna çevrilməsini istəyir”<span style="color:red"> - Gürcüstan XİN başçısı</span>

“Gürcüstan Cənubi Qafqazın sülh və sabitlik regionuna çevrilməsini istəyir”.

Qazet.az xəbər verir ki, bunu Gürcüstanın xarici işlər naziri David Zalkaliani deyib.

O bildirib ki, Gürcüstanın Baş naziri BMT-nin Baş Assambleyasındakı çıxışında bölgədə təhlükəsizliyə çağırışlara xüsusi yer verəcək: “Əsas aksent bölgədə Gürcüstanın son zamanlar görünən və çox hiss olunan roluna ediləcək. Baş nazir çıxışında Cənubi Qafqazda vasitəçilik və dayanıqlı sülhün qurulmasındakı rolumuzla bağlı çox maraqlı və önəmli məqamlara toxunacaq”.

Qeyd edək ki, Baş nazir İrakli Qaribaşvili BMT BA-nın 76-cı sessiyasında sentyabrın 24-də çıxış edəcək.