Gürcüstan əlavə milyon doza “Sinopharm” əldə edib
Gündəm
19:57 01 okt, 2021
Bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildirilib

Gürcüstana koronavirusa qarşı Çin istehsalı olan milyon doza “Sinopharm” peyvəndi çatdırılıb.
Qazet.az-ın xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildirilib.
Qeyd olunub ki, Gürcüstanda Çin peyvəndi ilə vaksinasiya yaşı 18-dən yuxarı olan vətəndaşlar üçün nəzərdə tutulub. İki doza arasında interval 21-28 gün təşkil edir.
Oktyabrın 1-nə olan məlumata əsasən, qonşu ölkədə 1 799 446 nəfər vaksin olunub. Onların 984 595-i peyvəndin bir dozasını, 814 851-i isə hər iki dozasını vurdurub.