Bakı 3˚C Intermittent clouds

Gürcüstan iqtisadiyyatı 12 % böyüyüb

Gündəm 13:42 30 sen, 2021

Bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin hesabatında bildirilir

Gürcüstan iqtisadiyyatı 12 % böyüyüb

Bu ilin yanvar-avqust aylarında ürcüstanda istehsal olunmuş Ümümi Daxili Məhsulun (ÜDM) real dəyəri ötən ilin eyni dövrü ilə müqayisədə 12 % çox olub.

Qazet.az xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin hesabatında bildirilir.

Sənədə əsasən, təkcə avqusty ayında isə qonşu ölkənin iqtisadiyyatı 10,3 % böyüyüb.

Ötən ay istehsal, maliyyə və sığorta, ticarət, elektrik, qaz, buxar və kondisioner təchizatı, mehmanxana və restoranlar, daşınma və anbar təsərrüfatı, əyləncə və rekreasiya sahələrində artım qeydə alınıb. Tikinti sektoru və dağ-mədən sənayesində isə azalma müşahidə olunub.