Gürcüstan müxalifəti aksiyalara başlayır
Müxalifət oktyabrın 27-də Zuqdididə aksiya keçirəcək
Müxalifət oktyabrın 27-də Zuqdididə aksiya keçirəcək.
Qazet.az xəbər verir ki, bu barədə Vahid Milli Hərəkat Partiyasının üzvü Ana Tsitlidze məlumat verib.
Məlumata görə, aksiya saat 20:30-da Zuqdidi meriyasının qarşısında keçiriləcək.
Onun sözlərinə görə, əsas olan üçüncü prezident Mixail Saakaşvilinin azadlığıdır ki, ölkənin azadlıq sərhəddi də bundan keçir.
"Aksiya “Qələbə uğrunda mübarizə” adlanır. Ümumiyyətlə belə bir tarixi mübarizədə konkret bir partiyanın taleyi həll olunmur, aksiya sabah necə bir Gürcüstanda yaşayacağımızla bağlıdır. Gürcüstanın üçüncü prezidenti Mixail Saakaşvilinin azadlığı əsas şeydir ki, ölkənin azadlıq sərhəddi də bundan keçir. Bu, aksiyanın keçirilməsinin əsas mahiyyətidir", - deyib Ana Tsitlidze.