Gürcüstan prezidenti Londona işgüzar səfərə yola düşüb
Gürcüstan Prezidenti Salome Zurabişvilinin Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığına işgüzar səfəri başlayıb.
Qazet.az xəbər verir ki, bu barədə prezident administrasiyası məlumat yayıb.
Bu gün Zurabişvili ənənəvi olaraq dünya siyasəti və akademiyasının tanınmış simalarını qəbul edən debat icması olan Oksford İttifaqında mühazirə oxuyur.
Gürcüstan prezidenti 2007-ci ildə terror aktı nəticəsində həlak olan Pakistanın baş naziri Bənazir Bhuttonun xatirəsinə illik mühazirələr silsiləsi çərçivəsində çıxış edəcək.
Salome Zurabişvili həmçinin “Globalize UK 2022” London Beynəlxalq Konfransında iştirak edəcək.
Səfərin sonunda, noyabrın 19-da Kardiffdə prezident ilin finalında Uels komandasına qarşı keçiriləcək reqbi üzrə Gürcüstan milli komandasına azarkeşlik edəcək.