Bakı 28˚C Intermittent clouds

Gürcüstan Prezidenti: “Mixeil Saakaşvilinin ləyaqəti qorunmalıdır”

Gündəm 20:53 17 noy, 2021

Qeyd edək ki, Gürcüstanın üçüncü prezidenti oktyabrın 1-də Tbilisidə saxlanılıb. 

Gürcüstan Prezidenti: “Mixeil Saakaşvilinin ləyaqəti qorunmalıdır”

Gürcüstanın Prezidenti Salome Zurabişvili keçmiş dövlət başçısı Mixeil Saakaşvilinin türmə xəstəxanasına yerləşdirilməsini əks etdirən videokadrların yayılmasını pisləyib.

Qazet.az xəbər verir ki, bu barədə o, keçirdiyi xüsusi brifinqdə bildirib.

S.Zurabişvili qeyd edib ki, qanun qarşısında hamı bərabərdir və keçmiş prezidentin həbsi qanunun aliliyi prinsiplərinə əsaslanıb.

Onun sözlərinə görə, hazırkı hakimiyyət sələfi - M.Saakaşvilinin yaratdığı Vahid Milli Hərəkat Partiyasına bənzəməməlidir: “Mixeil Saakaşvili xüsusi məhbusdur. Cəmiyyət və beynəlxalq ictimaiyyət ona qarşı ən yüksək standartların tətbiqini tələb edir. Keçmiş prezidentin ləyaqəti onun davranışına baxmayaraq, qorunmalıdır. Belə ki, keçmiş prezident hər necə olsa, dövlətlə bağlıdır və bu statusa hörmət edilməlidir. Buna müvafiq olaraq, onun şərəf və ləyaqətini ləkələyən kadrların yayılması qətiyyən yolverilməzdir”.

Qeyd edək ki, Gürcüstanın üçüncü prezidenti oktyabrın 1-də Tbilisidə saxlanılıb. O, noyabrın 8-də Qldani həbsxanasının klinikasına yerləşdirilib. Xüsusi Penitensiar Xidmətin yaydığı videokadrlarda M.Saakaşvilinin xəstəxanaya zor gücünə daxil edilməsi əks olunub.