Gürcüstan Prezidenti Saakaşvilinin əfv olunması ilə bağlı mövqeyini açıqlayıb
Gündəm
00:55 04 noy, 2021
“Mən bu məsələyə bir daha qayıtmayacağam”.
“Keçmiş prezidentin əvfi ilə bağlı mövqeyim dəyişməz və qəti olaraq qalır – xeyr və heç vaxt”.
Qazet.az xəbər verir ki, bunu Gürcüstan Prezidenti Salome Zurabişvili keçirdiyi xüsusi brifinqdə deyib.
Onun sözlərinə görə, sabiq dövlət başçısı Gürcüstana qanunsuz gəlib və məqsədi ölkədə qeyri-sabitlik yaratmaq olub: “Mən bu məsələyə bir daha qayıtmayacağam”.
Qeyd edək ki, qonşu ölkənin üçüncü prezidenti Mixeil Saakaşvili oktyabrın 1-də Tbilisidə saxlanılıb. Rustavidə 12 saylı həbsxanada olan siyasətçi artıq 34-cü gündür aclıq aksiyası keçirir.