Gürcüstan sərhədində çağırış vərəqələri paylanılır
Hərbi xidmətə çağırılan ruslar Gürcüstanla sərhəddə çağırış vərəqələri almağa başladılar
Qazet.az xəbər verir ki, bu barədə TASS Şimali Osetiya hakimiyyətinin mətbuat xidmətinə istinadən məlumat yayıb.
“Gürcüstanla sərhəddə hərbi komissarlığın və nümayəndəlik orqanlarının nümayəndələrinin daxil olduğu hərbi xidmətə çağırış üzrə operativ qrup fəaliyyət göstərir. Yolda insanların hərbi xidmətə çağırıldığını yoxlayırlar. Əgər hərbi xidmətə çağırılmalı olduğu barədə məlumat varsa, bu halda ona çağırış vərəqəsi verilir”, - deyə qurumdan bildirilib.
Bundan əvvəl Şimali Osetiya Daxili İşlər Nazirliyi Rusiya və Gürcüstan sərhədində yerləşən Yuxarı Lars sərhəd-keçid məntəqəsində hərbi komissarlığın səfərbərlik məntəqəsinin tezliklə yerləşdiriləcəyini bildirmişdi.