Gürcüstan Ukraynaya raket kompleksi VERMƏDİ
Gürcüstan Ukraynadan “Buk” zenit-raket komplekslərini 2008-ci ildə alıb və pulsuz almadığı üçün onları qaytarmayacaq.
Qazet.az xəbər verir ki, bu barədə Gürcüstan Müdafiə Nazirliyi məlumat yayıb.
Xatırladaq ki, Ukraynanın Gürcüstandakı müvəqqəti işlər vəkili Andrey Kasyanovun sözlərinə görə, Kiyev Gürcüstandan “Buk” zenit-raket komplekslərini geri qaytarmağı xahiş edib. Diplomat bildirib ki, rəsmi Kiyev Tbilisidən Gürcüstanın ABŞ-dan aldığı “Javelin” tank əleyhinə raket komplekslərinin də təhvil verilməsini istəyib.
Gürcüstanın həbsdə olan sabiq Prezidenti Mixeil Saakaşvili raket sistemlərinin Ukraynaya verilməməsini xəyanət adlandırıb.
“Buk” sistemlərinin Ukraynaya verilməsindən imtina etmək ayıbdır. Prezident Yuşenkonun yardımı ilə biz onları həmin dövrdə minimal qiymətə aldıq. Yanukoviç hakimiyyətə gəldiyi zaman “Buk”un Gürcüstana verilməsinə görə, Yuşenkoya qarşı məhkəmə işi açıldı və onlar bunu Rusiyanın təlimatları ilə etdilər”, – eks-prezident deyib.