Bakı 10˚C Intermittent clouds

Gürcüstanda 2 milyonluq dələduzluq: beynəlxalq şəbəkə ifşa olundu

Gündəm 15:42 04 iyl, 2022

Bu barədə Gürcüstan Baş Prokurorluğu məlumat yayıb

Gürcüstanda 2 milyonluq dələduzluq: beynəlxalq şəbəkə ifşa olundu

Gürcüstan Baş Prokurorluğunun apardığı kompleks istintaq nəticəsində 2 milyon dollarlıq qeyri-qanuni gəlirlərin leqallaşdırılması üzrə transmilli cinayətin üstü açılıb.

Qazet.az xəbər verir ki, bu barədə Gürcüstan Baş Prokurorluğu məlumat yayıb.

Prokurorluğun məlumatına görə, məsələ ilə bağlı bir nəfər fiziki və üç nəfər hüquqi şəxs barəsində cinayət işi başlanıb.

“İstintaqla müəyyən edilib ki, ABŞ-da qeydiyyatda olan müəssisənin sahibi və onunla cinayət əlaqəsi olan şəxslər, yüksək nüfuza malik hüquqi şəxs adından Honq-Konqda fəaliyyət göstərən şirkətin direktoru ilə əlaqə saxlayıb, tanınmış müəssisələrin səhmlərini almaqla sərfəli investisiyalar yatırmağın mümkünlüyünə inandırıblar.

Qeyd olunanlar nəticəsində cinayətkar dəstənin üzvləri zərərçəkmiş şirkətin bank hesabından qanunsuz məqsədlər üçün yaradılmış müəssisənin bank hesabına köçürülən 13 milyon 329 min 181 ABŞ dollarını dələduzluq yolu ilə ələ keçiriblər.

Sonradan qeyri-qanuni yolla əldə edilən vəsaitlər bölünərək dünyanın müxtəlif ölkələrinə köçürülüb. Onlardan 1 milyon 906 min 263,7 dollar qondarma məqsədlə və saxta sənədlərlə Gürcüstanda cavabdeh şəxsə və aidiyyəti şəxslərə və onlara məxsus üç müəssisənin bank hesablarına köçürülüb.

Bu əməllə cinayətkar qruplaşmanın üzvləri təqribən 2 milyon dolları mənimsəyiblər.

Təqsirləndirilən fiziki şəxs barəsində 9 ildən 12 ilədək azadlıqdan məhrumetməni nəzərdə tutan, xüsusilə külli miqdarda gəlir əldə etməklə müşayiət olunan bir qrup şəxs tərəfindən qanunsuz gəlirlərin leqallaşdırılması faktı üzrə cinayət təqibi başlanıb.