Bakı 9˚C Mostly cloudy

Gürcüstanda daha 42 nəfər COVID-19-dan öldü

Gündəm 13:23 30 okt, 2021

Gürcüstanda ötən sutkada koronavirusa 4 610 yeni yoluxma halı təsdiqlənib

Gürcüstanda daha 42 nəfər COVID-19-dan öldü

Gürcüstanda ötən sutkada koronavirusa 4 610 yeni yoluxma halı təsdiqlənib, 2 624 nəfər müalicə olunaraq sağalıb, 42 pasiyent vəfat edib.

Qazet.az xəbər verir ki, bu barədə ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzindən bildirilib.

Hazırkı dövrədək Gürcüstanda COVID-19 infeksiyası 715 865 nəfərdə aşkarlanıb. Onların 655 129-u sağalıb, 10 003-ü isə dünyasını dəyişib.

Bu günə olan aktiv xəstə sayı 50 707 nəfərdir.