Gürcüstanda daha 5 050 nəfər COVID-19-a yoluxub
Gündəm
13:06 30 noy, 2021
Son 24 saat ərzində 4 214, ümumilikdə isə 788 201 nəfər müalicə olunaraq sağalıb

Gürcüstanda ötən sutkada daha 5 050 nəfərdə koronavirus infeksiyası aşkarlanıb, 80 pasiyent vəfat edib.
Qazet.az xəbər verir ki, bu barədə ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzindən bildirilib.
İndiyə qədər Gürcüstanda COVID-19-a 845 643 nəfər yoluxub, onların 12 054-ü dünyasını dəyişib.
Son 24 saat ərzində 4 214, ümumilikdə isə 788 201 nəfər müalicə olunaraq sağalıb.