Gürcüstanda daha 662 nəfər koronavirusa yoluxub, 34 nəfər ölüb
Gündəm
13:21 20 sen, 2021
Bu barədə ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzindən bildirilib

Gürcüstanda ötən sutkada daha 662 nəfərdə koronavirus aşkarlanıb, 34 pasiyent vəfat edib.
Qazet.az xəbər verir ki, bu barədə ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzindən bildirilib.
Bununla da qonşu ölkədə COVID-19-a yoluxanların ümumi sayı 595 926-ya, ölənlərin ümumi sayı isə 8 575-ə yüksəlib.
Son 24 saat ərzində 3 534, ümumilikdə isə 563 530 nəfər müalicə olunaraq sağalıb.